Ötən il Prezident təqaüdləri üzrə 541 milyon manat ödənilib - FOTO

Hazırda oxunan: Ötən il Prezident təqaüdləri üzrə 541 milyon manat ödənilib - FOTO

115962

Ötən il sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 milyon manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 milyon manat ödənilib.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 478 min nəfər sosial müavinətlə, 368 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 milyon manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 milyon manat ödənilib.

Sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 429 min, o cümlədən ötən il 208 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin