Paytaxt sakinləri arasında keçirilmiş sorğunun nəticələrinə görə, 20 Yanvar faciəsinin şahidləri Moskva prospektinin adının yaşanan faciə ilə əlaqədar olaraq dəyişilməsini təklif ediblər.
Onlar prospektin adının 20 Yanvar adlandırılmasını istəyirlər.
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə təşəbbüsü dəstəklədiyini bildirdi.
O qeyd edib ki, təşəbbüsə münasibəti müsbətdir:
“Nəzərə alaq ki, 20 yanvar faciəsinin böyük hissəsi elə həmin ərazidə baş verib”.
Deputat Razi Nurullayev isə bildirir ki, indiki mərhələdə həmin ad dəyişikliyinə getməyimiz doğru olmaz.
Onun fikrincə, bu addımı sonrakı mərhələdə həyata keçirə bilərik:
“Azərbayanda küçə və yer adları tez-tez dəyişdirilir. Bu isə insanlarda çaşqınlıq yaradır. Amma Moskva Prospektinin adının 20 Yanvar adlandırılması məntiqlidir, çünki bu halda verilən ad tarixi həqiqəti özündə əks etdirəcək. Amma bu məsələdə tələsik qərar vermək olmaz.
Bu bizə ziyan vurur. Şəhəri tanımaqda çətinlik yaradır.
Digər tərəfdən, Moskva prospektinin adının dəyişdirilməsi hələlik geopolitik baxımdan da düzgün deyil. Ona görə də indi yox, sonrakı mərhələdə ad dəyişikliyinə gedə bilərik. Çünki indiki məqamda Moskva bunu özünə qarşı antijest kimi qiymətləndirəcək. Bu da ölkəmizin Qarabağda apardığı siyasətinə uyğun olaraq hazırda lazım deyil. Dəyişiklik qırarını sonrakı mərhələyə saxlamalıyıq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 21.01.2023
Paytaxtın bu prospekti 20 Yanvar adlandırılsın – TƏKLİF
Hazırda oxunan: Paytaxtın bu prospekti 20 Yanvar adlandırılsın – TƏKLİF
Hazırda oxunan: Paytaxtın bu prospekti 20 Yanvar adlandırılsın – TƏKLİF
115959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.