Almaniya millisində 2022-ci ilin ən yaxşı futbolçusu bəlli olub.
Bizim.Media Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, bu ada "Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala layiq görülüb.
20 yaşlı oyunçu səslərin 66,2 faizini toplayıb. Onun ən yaxın izləyicilərindən Kay Haverts ("Çelsi", İngiltərə) 8 faizlə ikinci, Yozua Kimmix ("Bavariya") 6,1 faizlə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Almaniya yığması ötən il Qətərdə keçirilmiş dünya çempionatının E qrupunu 4 xalla üçüncü pillədə başa vuraraq mübarizəni erkən dayandırıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:38 / 21.01.2023
O Almaniyanın ən yaxşı futbolçusu SEÇİLDİ
Hazırda oxunan: O Almaniyanın ən yaxşı futbolçusu SEÇİLDİ
Hazırda oxunan: O Almaniyanın ən yaxşı futbolçusu SEÇİLDİ
115903
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.