Finlandiyanın hazırkı Baş naziri Sanna Marin Avropa Komissiyasının (Aİ hökuməti) yeni rəhbəri təyin edilə bilər.
Bizim.Media "UNİAN" a istinadən xəbər verir ki, Avropa Parlamenti bu variant üzərində ciddi müzakirələr aparır.
Qeyd olunur ki, Finlandiya hökumətinin hazırkı rəhbəri vicdanlı siyasətçi reputasiyasına malikdir və heç bir şübhəli işdə adı hallanmayıb. Sanna Marin ümumavropa hökumətinin rəhbəri postuna uyğun namizəd kimi göstərilir. Xüsusən də Avropa Komissiyası strukturları ətrafında baş verən son korrupsiya qalmaqalları fonunda Marinin namizədliyi məqbul hesab edilir.
Mənbələrin bildirdiyinə görə, Finlandiya baş nazirinin liberal fikirləri və onun Rusiyaya qarşı sərt mövqeyi Avropa Parlamenti deputatlarında müsbət təəssürat yaradıb.
“Parlamentdə və ümumilikdə Brüsseldə Marin siyasi superulduz hesab olunur. Onun adı qalmaqallarda hallanmır, həmçinin də Ukrayna ilə bağlı açıqlamalarına görə ölkə hüdudlarından kənarda da məşhurdur”, - deyə Avropa Komissiyasına yaxın olan və adı açıqlanmayan mənbə qeyd edib.
Eyni zamanda Sanna Marin özü hələ Brüsseldə mümkün karyerası ilə bağlı şayiələrə münasibət bildirməyib.
Həmçinin bunun üçün Finlandiyadakı karyerasını qurban vermək istəyib-istəməyəcəyi də hələ məlum deyil.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:09 / 21.01.2023
Avropa Komissiyasının rəhbəri qadın baş nazir OLA BİLƏR
Hazırda oxunan: Avropa Komissiyasının rəhbəri qadın baş nazir OLA BİLƏR
Hazırda oxunan: Avropa Komissiyasının rəhbəri qadın baş nazir OLA BİLƏR
115896
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.