İsveçin Türkiyədəki səfiri XİN-nə ÇAĞIRILDI - SƏBƏB 

Hazırda oxunan: İsveçin Türkiyədəki səfiri XİN-nə ÇAĞIRILDI - SƏBƏB 

115863

İsveçin Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb İsveç dövlət qurumlarının yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verməsi səbəb olub.

Bildirilib ki, aksiya zamanı Qurani-Kərimin yandırılması nəzərdə tutulur.

“Səfirin diqqətinə çatdırılıb ki, Türkiyə açıq-aşkar nifrət cinayəti olan sözügedən təxribat xarakterli hərəkəti qətiyyətlə pisləyir. İsveçin məsələyə münasibəti qəbuledilməzdir. XİN aksiyaya icazə verilməməsini gözləyir. “Demokratik hüquqlar” adı altında müqəddəs dəyərlərin təhqir olunmasını müdafiə etmək yolverilməzdir”, - deyə XİN-in bəyanatında qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin