Bu gün ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Şəhidlər xiyabanını ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Bu gün ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron ilə birlikdə biz Qara Yanvarda yaralanan və həlak olan çoxlu sayda mülki vətəndaşların xatirəsini ehtiramla yad etməkdə azərbaycanlılarla qoşuluruq.
Şiddətli hücum zamanı yaxınlarını itirən ailələrə və dostlara dərin hüznlə başsağlığı verir və öz əqidələrini dinc yolla müdafiə edənlərin fədakarlıqlarını unutmuruq”, - qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:54 / 20.01.2023
ABŞ Dövlət Departamentinin idarə direktoru Şəhidlər xiyabanını ziyarət edib
Hazırda oxunan: ABŞ Dövlət Departamentinin idarə direktoru Şəhidlər xiyabanını ziyarət edib
Hazırda oxunan: ABŞ Dövlət Departamentinin idarə direktoru Şəhidlər xiyabanını ziyarət edib
115779
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.