Asiya İnkişaf Bankı (ADB) Ərzaq təchizatı zənciri Layihəsini maliyyələşdirmək üçün Azərbaycanın milli valyutasında ifadə edilmiş ilk istiqraz emissiyası çərçivəsində 8,4 milyon manat (təxminən 4,9 milyon ABŞ dolları) cəlb edib.
Bizim.Media bu barədə ADB-yə istinadən xəbər verir.
Məlumata görə, emissiya Azərbaycan manatında ifadə edilmiş, ancaq ABŞ dollarına bağlı istiqraz kimi strukturlaşdırılıb. İstiqrazların tədavül müddəti 2,5 il, gəlirliliyi isə 6 %-dir. İstiqrazlar Lüksemburq Birjasında kotirovka olunur.
İstiqraz “Goldman Sachs International” tərəfindən təşkil edilib və tam olaraq “Capitulum Asset Management GmbH” tərəfindən abunə yazılışı həyata keçirilib.
İstiqraz buraxılışından əldə olunan vəsaitlə “Avrora” MMC-nin "COVID-19 böhranı zamanı əsas qida təchizat zənciri" layihəsini birbaşa maliyyələşdirəcək.
Layihə "Avrora" MMC-yə fəaliyyətini təmin etməyə və 2,6 mindən çox əməkdaşının dolanışığını təmin etmək üçün likvidlik təmin edəcək.
Layihə həmçinin gender inklüzivliyini dəstəkləyir və buğda və süd məhsullarının istehsalı və paylanması ilə ərzaq təhlükəsizliyinə töhfə verir.
“Capitulum” şirkətinin Baş portfel meneceri Teodor Kirşner deyib ki, bu sövdələşmə gəlirlərin davamlı istifadəsi ilə Azərbaycanda yerli gəlir əldə etmək məqsədimizi həyata keçirməyə kömək edir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:37 / 20.01.2023
Asiya İnkişaf Bankı ilk dəfə Azərbaycan manatı ilə istiqraz buraxır
Hazırda oxunan: Asiya İnkişaf Bankı ilk dəfə Azərbaycan manatı ilə istiqraz buraxır
Hazırda oxunan: Asiya İnkişaf Bankı ilk dəfə Azərbaycan manatı ilə istiqraz buraxır
115773
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.