“Azərbaycan ilə Ermənistan arasında münasibətlərə gəldikdə, Gürcüstan həqiqətən də neytral, qərəzsiz və obyektiv vasitəçidir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” adlı panel iclasında səsləndirib.
“Prezident İlham Əliyev qeyd etdiyi kimi, üçtərəfli görüşün təşkil olunması bizim də marağımızdadır.
Çünki bu region bizə - Azərbaycana, Gürcüstana və Ermənistana məxsusdur. Biz həqiqətən də bu regionu sülh, tərəqqi və sabitlik regionuna çevirə bilərik”, deyə o bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:26 / 20.01.2023
İrakli Qaribaşvili: “Gürcüstan Azərbaycan ilə Ermənistan arasında neytral vasitəçidir”
Hazırda oxunan: İrakli Qaribaşvili: “Gürcüstan Azərbaycan ilə Ermənistan arasında neytral vasitəçidir”
Hazırda oxunan: İrakli Qaribaşvili: “Gürcüstan Azərbaycan ilə Ermənistan arasında neytral vasitəçidir”
115740
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.