Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücü və piyadalar arasında təbliğat işlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, rayon ərazisində keçirilən tədbir zamanı ilk növbədə qadağan olunmuş saatlarda ağır tonnajlı yük avtomobilləri ilə yola çıxan sürücülər aşkarlanıb və onların barəsində tədbirlər görülüb.
Sonra xeyli sayda sürücünün maşını avtobus dayanacağında park etdiyi aşkarlanıb.
Tədbir zamanı vurğulanıb ki, avtomobillərin dayanacaqda saxlanılması avtobusların ikinci cərgədə dayanmasına səbəb olur. Bu da öz növbəsində sərnişinlər həyatları üçün təhlükə yaradır.
Yol polisinin keçirdiyi tədbir zamanı avtomobili səkilərdə, piyada keçidlərinin üzərində, qadağan olunmuş digər yerlərdə saxlayan onlarla sürücü də aşkar olunub və hər biri barəsində qanunauyğun tədbir görülüb.
Profilaktik tədbir zamanı keçidlərdən istifadə etməyən, piyadalara da rast gəlinib və 17 piyada barəsində inzibati tədbir görülüb.
Sabunçu rayonu ərazisində bu cür profilaktik tədbirlər mütəmadi davam ediriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:49 / 20.01.2023
Sabunçuda qaydaları pozanlar barədə TƏDBİR GÖRÜLDÜ
Hazırda oxunan: Sabunçuda qaydaları pozanlar barədə TƏDBİR GÖRÜLDÜ
Hazırda oxunan: Sabunçuda qaydaları pozanlar barədə TƏDBİR GÖRÜLDÜ
115727
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.