İran və Avrasiya İqtisadi Birliyi azad ticarət sazişi imzaladı

Hazırda oxunan: İran və Avrasiya İqtisadi Birliyi azad ticarət sazişi imzaladı

115707

İran və Avrasiya İqtisadi Birliyi (AİB) arasında azad ticarət haqqında saziş imzalanıb. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, sazişi İran tərəfdən sənaye, mədən və ticarət nazirinin müavini, həmçinin Ticarətin İnkişafı Təşkilatının rəhbəri olan Əlirza Peymanpak, AİB tərəfdən isə ticarət naziri Andrey Slepnyov imzalayıb. 

Ə.Peymanpak bu sazişin imzalanmasının İran və AİB ölkələri arasında iqtisadi və ticarət əlaqələrinin inkişafını asanlaşdıra və sürətləndirə biləcəyini qeyd edib. 

A.Slepnyov isə öz növbəsində qeyd edib ki, İran Rusiya və digər AİB üzvü olan ölkələrin yaxın müttəfiqidir və müvəqqəti güzəştli ticarət sazişi İranla iqtisadi əməkdaşlığın genişlənməsinə səbəb olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin