Avropa Şurasının prezidenti Şarl Mişel əməkdaşlığın gələcək sahələrini müzakirə etmək üçün Kiyevə səfər edib.
Bu barədə Bizim.Media Aİ Şurasının mətbuat xidmətinin “Twitter” səhifəsində məlumat yayıb.
“Biz əməkdaşlığın bütün sahələrini müzakirə etmək üçün Kiyevə qayıtdıq. 2023-cü il qələbə və sülh ili olsun”, - Mişel Twitter hesabında yazıb.
Avropa Şurasının rəhbəri artıq Ukrayna hərbçiləri üçün reabilitasiya mərkəzinə baş çəkib.
“Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Kiyevdəki reabilitasiya mərkəzində veteranların cəsarətindən şoka düşdüm. Ukrayna sarsılmazdır”, - Mişel qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:21 / 19.01.2023
Şarl Mişel Kiyevdə hərbçilər üçün reabilitasiya mərkəzinə baş çəkdi - FOTO
Hazırda oxunan: Şarl Mişel Kiyevdə hərbçilər üçün reabilitasiya mərkəzinə baş çəkdi - FOTO
Hazırda oxunan: Şarl Mişel Kiyevdə hərbçilər üçün reabilitasiya mərkəzinə baş çəkdi - FOTO
115656
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.