Son günlər əhali arasında geniş yayılan virusun influenza olduğu bildirilir. 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda 21 noyabrdan etibarən influenza epidemiyası elan olunub.
Bəs influenza özünü hansı simptomlarla göstərir və bundan necə qorunmalı və müalicə almalıyıq?
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı bu gün trend.az-ın suallarını cavablayərkən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev qeyd edib ki, insanlar rahatlıqla öz yaşayış məntəqələrinə yaxın ailə sağlamlıq mərkəzlərinə müraciət edərək heç bir ödəniş etmədən qripə qarşı peyvənd oluna bilərlər.
"Virusa yoluxan zaman isə ancaq bol maye tükətmək, temperatur zamanı isə hərarət düşürücü dərmanlardan istifadə etmək lazımdır. Əgər şikayət 3 gündən artıq davam edirsə o zaman həkimə müraciət etmək lazımdır", - deyə V. Əliyev əlavə edib.
İnfeksionist Mərdan Əliyev isə açıqlamasında bildirib ki, influenza virusu hər payız - qış mövsümündə müşahidə edilir.
"Bu virusa yoluxduqdan sonra antibiotiklərdən istifadə etməmək lazımdır. Antibiotik əksinə bu xəstəlikləri ağırlaşdıra bilər. İkinci bir tərəfdən digər dərmanlar və vitaminlərlə orqanizmi yormamaq lazımdır.
Sadəcə olaraq yalnız evdə olmaq, istirahət etmək və bol maye tükətmək lazımdır. Əgər iştah yoxdursa, yeməyə məcbur edilməməlidir. Hərarət varsa və 38 dərəcəni keçibsə, dərman qəbul etmək olar. Bu kimi xəstəliklərdə C vitamini yaxşı təsir göstərir. İmmunitet zəifliyində Sink çox effektivdir və xəstəliyin tez sağalmasında rol oynaya bilər.
Bizim coğrafiyamız elədir ki, əhalinin demək olar ki, 90 faizində D vitamini çatışmazlığı var. D vatimini çatışmazlığı xəsətliyin ağır keçməsinə səbəb olur. İlk növbədə bunu yoxlatdırmalıyıq. Yoxlatdırmasaq belə xəsətlik zamanı profilaktik dozada istifadə edə bilərik", - deyə o əlavə edib.
Xatırladaq ki, ötən gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) qeyd edib ki, influenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür.
Hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır.
Ötən ilin dekabr ayının 15-dən etibarən 13 008 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub. Bakı şəhəri üzrə bu rəqəm 2 843 nəfər təşkil edib.
Arzu edən şəxslər vaksin üçün qeydiyyatda olduqları tibb müəssisəsinə müraciət edə bilər.
Bizim.Media
- A-
- A
- A+
COP29
15:31 / 19.01.2023
Yeni yayılan virusdan necə qorunmalı və müalicə almalıyıq? - Mütəxəssislər açıqladı
Hazırda oxunan: Yeni yayılan virusdan necə qorunmalı və müalicə almalıyıq? - Mütəxəssislər açıqladı
Hazırda oxunan: Yeni yayılan virusdan necə qorunmalı və müalicə almalıyıq? - Mütəxəssislər açıqladı
115631
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.