Yanvarın 18-də Bakı şəhərində Türkiyənin daşınmaz əmlak sektorunda ixtisaslaşmış “Atış” şirkətlər qrupunun təşkilatçılığı ilə Azərbaycan-Türkiyə dostluq gecəsi təşkil olunub.
Bizim.Media xəbər verir ki, “Four Seasons” otelində baş tutan mərasimdə hər iki ölkənin dövlət rəsmiləri, iş adamları və bir sıra məşhurlar iştirak edib.
Qonaqlar sırasında “Atış” şirkətlər qrupunun icraçı direktoru Əhməd Atış, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Bursa şəhərinin Osmanqazi ilçəsinin bələdiyyə sədri Mustafa Dündar, məşhur aktyor Mərt Fırat və digərləri yer alıblar.
Tədbirdə çıxış edən qonaqlar Azərbaycan-Türkiyə əməkdaşlığın inkişafı, Qarabağ və Şərqi Zəngəzurda birgə tikinti layihələrinin reallaşdırılması perspektivlərindən bəhs ediblər.
Tədbirlə bağlı daha ətraflı videomaterialdan tanış ola bilərsiniz:
Fərid Ağazadə, Əfqan Pənahoğlu, Bizim.Media