Qazaxıstanda bu tarixdə növbədənkənar parlament seçkiləri keçiriləcək - FƏRMAN

Hazırda oxunan: Qazaxıstanda bu tarixdə növbədənkənar parlament seçkiləri keçiriləcək - FƏRMAN

115615

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz fərmanı ilə parlamentin yeddinci çağırış Məclisini buraxıb, həmçinin deputatların növbədənkənar seçkilərini 2023-cü il martın 19-na təyin edib.

Bizim.Media xəbər verir ki, həmçinin bütün regional hakimiyyət orqanları (məclislər) buraxılıb.

Kasım-Jomart Tokayev deyib ki, növbədənkənar seçkilərin keçirilməsi konstitusiya islahatlarının bir hissəsi kimi zəruridir. 

“İndi Məclisin deputatlarının 70 faizi partiya siyahıları, 30 faizi isə birmandatlı dairələr üzrə seçiləcək. Qarışıq seçki sisteminə əsasən, 50:50 nisbətində rayon və respublika əhəmiyyətli şəhərlərin məclislərinə də seçkilər keçiriləcək. Rayonların və rayon əhəmiyyətli şəhərlərin məclislərinə seçkilərdə isə vətəndaşlar yalnız birmandatlı dairələr üzrə namizədlərə səs verəcəklər”, – Qazaxıstan prezidentinin “akorda.kz” saytında dərc olunmuş bəyanatda deyilir.

İslahat çərçivəsində siyasi partiyaların qeydiyyatı proseduru sadələşdirilib. Qeydiyyat həddi 20 000 üzvdən 5 000 nəfərə, regional hökumət nümayəndələrinin minimum sayı isə 600 nəfərdən 200 nəfərə endirilib.
 

İlkin olaraq Məclisə seçkilər 2025-ci ildə keçirilməli idi. Tokayev növbədənkənar seçkilər ideyasını ötən il konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan sonra dilə gətirib. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin