“Azərbaycanda saxta dərman işi ilə məşğul olan xüsusi şəbəkə var” – Eyyub Hüseynov

Hazırda oxunan: “Azərbaycanda saxta dərman işi ilə məşğul olan xüsusi şəbəkə var” – Eyyub Hüseynov

115598

Azərbaycan bazarına diabetli xəstələr üçün hazırlanan dərmanların saxta növləri daxil olub.

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Məlumatda deyilir ki, son bir həftə ərzində apteklərdə saxta Ozempik preparatı (insulin) aşkarlanmayıb.

Bununla belə məlumatda o da bildirilir ki, 2022-ci ilin dekabr ayında ölkənin bəzi apteklərində qeyri-qanuni yolla, dövlət qeydiyyatında olmayan məhdud sayda MP5B060 seriyalı saxta Ozempik preparatının satılması aşkarlanıb.
Məsələ ilə bağlı Azad İstehlakçılar İB-nin sədri Əyyub Hüseynovun mövqeyini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, dünyanın dərman bazarındakı dərmanların 30 faizi, internet üzərindən alınan dərmanlarınsa 70 faizi saxtadır:

“Bu mənada Azərbaycan da saxta dərmandan xali deyil. Ədalət naminə deyim ki, Analitik Ekspertiza Mərkəzi əlindən gələni edir. Lakin bazarlarda kifayət qədər saxta dərman var.

Məsələn, dərmanın tərkibi və istifadə qaydası əgər Azərbaycanca deyilsə deməli, bu dərman qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilib. Ozempik preparatının apteklərdə satılması bu mənada heç də təəccüblü deyil”.
Əyyub Hüseynov onu da təəssüflə qeyd etdi ki, ölkəmizdə malların geri çağırılma mexanizmi çox zəifdir:

“Bundan başqa ölkəmizdə saxta dərman işi ilə məşğul olanı xüsusi şəbəkə var. Və onlar çox ciddi şəkildə hələki ifşa olunmayıb. Ən pisi də odur ki, dərman bazarında monopoliya var. Və bu monopolistlər çox ciddi dayaqlara sahibdirlər. Ona görə də həm saxta, həm də keyfiyyətsiz dərmanlara qarşı keyfiyyətli mübarizə aparmaq çətindir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin