“Vahid Tarif Cədvəli (VTC) üzrə artımlar həyata keçirildikdən sonra ünvanlanan suallar daha çox müəllim və həkimlərin maaşları ilə bağlıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadçı-deputat Vüqar Bayramov qeyd edib.
Onun sözlərinə görə Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqqlarında artımlar artıq reallaşdı:
“Səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir. Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əmək haqqları son artımlara aid olundu.
Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əmək haqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər.
Bu sektorlar üzrə çalışan və əmək haqqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırıldı. Çünki, heç bir sektorda minimum əmək haqqı məbləğindən az maaş verilə bilməz”.
Deputat bu məsələdə gözlənilənlərə də toxunub:
“Hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələrarası fərq nəzərə alınmaqla əmək haqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkündür. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:08 / 19.01.2023
Müəllim və həkimlərin maaşı ARTIRILACAQ – Vaxt AÇIQLANDI
Hazırda oxunan: Müəllim və həkimlərin maaşı ARTIRILACAQ – Vaxt AÇIQLANDI
Hazırda oxunan: Müəllim və həkimlərin maaşı ARTIRILACAQ – Vaxt AÇIQLANDI
115587
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.