"Hərbi əsirlərin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistanla iş aparılır” - Zaxarova 

Hazırda oxunan: "Hərbi əsirlərin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistanla iş aparılır” - Zaxarova 

11558

“Hərbi əsirlərin qaytarılması ilə bağlı  azərbaycanlı və erməni həmkarlarımızla  iş aparılır”.

Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu  Rusiya Xarici işlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

''BMT Qarabağa missiya göndərəcək'' - Zaxarova


O, bildirib ki, bu problemin optimal həll variantı “hamının hamıya” prinsipidir:

“Biz erməni və  azərbaycanlı həmkarlarımızla, o cümlədən Rusiya sülhməramlı kontingenti vasitəsi ilə işləyirik.

Bir müddət öncə Rusiya sülhməramlı qüvvələrinin komandanının vasitəçiliyi ilə hərbi əsirlərin mübadiləsi baş tutub. Bir azərbaycanlı və beş erməni əsir evlərinə qaytarılıb.

Ümumilikdə hesab edirik ki, bu problemin optimal həll variantı “hamının hamıya” prinsipidir. Bu, bizim mövqeyimizdir və bu barədə Rusiya Prezidenti və xarici işlər naziri də bəyan edib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin