Mənbəyini qanun yol verməyən hallarda açıqlayan jurnalist və media subyektini nə gözləyir?

Hazırda oxunan: Mənbəyini qanun yol verməyən hallarda açıqlayan jurnalist və media subyektini nə gözləyir?

115555

Media azadlığından və jurnalist hüququndan sui-istifadə etmə sahəsində yeni məsuliyyət müəyyənləşir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimələnəcəklər.

Qeyd edək ki, qüvvədə olan Məcəllədə bu məsuliyyət növü nəzərdə tutulmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin