Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın nəticəsində 15 hərbçi ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Mənbə yazır ki, yanğın gecə saat 1.30 radələrində başlayıb.
Yanğınsöndürmə və xilasetmə tədbirlərinə baxmayaraq, tələfatın qarşısını almaq mümkün olmayıb.
3 hərbçinin vəziyyətinin ağır olduğu deyilir.
Bizim.Media