Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın perspektivləri müzakirə edildi - FOTO 

Hazırda oxunan: Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın perspektivləri müzakirə edildi - FOTO 

115512

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Brovmənlə (Mark Browman) görüşüb. 

Bizim.Media xəbər verir ki, Taleh Kazımov rəsmi “Twitter” hesabında qeyd edib. 

"Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Browmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Mərkəzi Bank ilə EBRD arasında əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə etdik.

Görüşdə 2019-2024-cü illəri əhatə edən Ölkə üzrə Strategiya sənədi çərçivəsində EBRD-nin Azərbaycanda maliyyələşdirdiyi layihələr, o cümlədən maliyyə bazarlarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışdıq", - deyə T.Kazımov qeyd edib 





Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin