Ukrayna DİN rəhbərinin vəzifələrini icra edən şəxs BİLİNDİ 

Hazırda oxunan: Ukrayna DİN rəhbərinin vəzifələrini icra edən şəxs BİLİNDİ 

115505

Ukrayna daxili işlər nazirinin vəzifəsini icra edən şəxs məlum olub. 

Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, polis generalı, psixologiya elmləri doktoru İqor Klimenko ölkə daxili işlər nazirinin müavini təyin edilib. 

Bildirilib ki, Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, İ.Klimenko müvəqqəti olaraq həm də daxili işlər nazirinin vəzifələrini icra edəcək. 

Qeyd edək ki, bu gün Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzasında ölkənin daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də həlak olublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin