Ölkədə 186 min şəxsə birdəfəlik müavinət VERİLDİ 

Hazırda oxunan: Ölkədə 186 min şəxsə birdəfəlik müavinət VERİLDİ 

115468

Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, ilkin məlumatlara əsasən 2023-cü ilin əvvəlində ölkədə pensiyaçıların sayı 1 milyon 115 min nəfərə yaxınlaşaraq ölkə əhalisinin11 faizini təşkil edib. 

Həmin dövrdə 417 min nəfər aylıq sosial müavinət, 382 min nəfər isə Prezident təqaüdü alıb. 2022-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 186 min nəfərdən çox olub. 
İlkin məlumatlara əsasən 2023-cü ilin əvvəlinə 66 minədək aztəminatlı ailənin 292 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği təxminən 88 manat təşkil edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin