Saçı qırxılan şəxslə bağlı DİN məlumat yaydı - "Bu özfəaliyyətdir"

Hazırda oxunan: Saçı qırxılan şəxslə bağlı DİN məlumat yaydı - "Bu özfəaliyyətdir"

115438

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Daxili İşlər Nazirliyinin guya polis orqanlarında bir şəxsin saçını qırxdığı ilə bağlı fotolar yayılıb. Birinci fotoda saçı iki tərəfdən yığılmış, ikinci şəkildə isə həmin şəxsin saçının qırxılmış şəkildə olduğu əks olunub. Şərhlərdə bu addımın polis orqanlarında atıldığı iddia olunub.

Bizim.Media xəbər verir ki, iddialarla bağlı DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev "Facebook" səhifəsində açıqlama verib.

"Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır. Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz. Fotoşəkil kiminsə TikTokda "jeton" toplamaq niyəti ilə çəkilib" - deyə DİN rəsmisi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin