Azərbaycandan Türkiyəyə qaz kəmərinin ötürücülük gücü 2 dəfə artırılacaq

Hazırda oxunan: Azərbaycandan Türkiyəyə qaz kəmərinin ötürücülük gücü 2 dəfə artırılacaq

115428

 “Azərbaycandan Türkiyəyə təbii qaz nəql edən boru xəttinin ötürücülük gücü qarşıdakı dövrdə 2 dəfə artırılacaq”.

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyində keçirilən Türkiyə-Macarıstan 8-ci Dövr Birgə İqtisadi Komissiyasının (KEK) toplantısında iştirakı zamanı deyib.

O bildirib ki, Türkiyə enerji mərkəzinə çevrilmək yolunda mühüm addımlar atır. 

Macarıstanın xarici İşlər və ticarət naziri isə bildirib ki, Azərbaycan qazı ilə yanaşı, Macarıstana həm də mayeləşdirilmiş təbii qazın gətirilməsi Türkiyə limanları vasitəsilə nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı- Tbilisi- Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin