Azərbaycanda uşaq bezlərinin qiymətində kəskin bahalaşma qeydə alınır.
"Pampers”, "Molfix”, "Huggies” və digər markalardan olan bütün növ uşaq bezlərinin qiymətində 30 faizdən artıq artım müşahidə olunub.
Məsələn, son aylarına qədər 5 nömrəli "Pampers”in 60 ədədi 31 manata satılırdısa, hazırda qiymət 42 manatdan yüksəkdir. 94 ədədlik "Pampers” isə 44,29 qəpiyə təklif edilir. Ölçülərə görə qiyməti daha da artır.
Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli uşaq bezlərinin qiymətində kəskin bahalaşmanı onun idxal məhsulu olması ilə əlaqələndirdi:
“Uşaq bezləri yerli istehsal deyil, idxal malıdır. İdxal malı olduğundan xarici bazarlarda qiymət dəyişməsi həmən ölkəmizdə də öz təsirini göstərir. Bir sıra ölkələrdə uşaq yeməkləri, bezləri, paltarları hətta sosialyönümlü məhsul kimi tanınır. Nəticədə onlara ciddi vergi və gömrük güzəştləri edilir. İsrət-istəməz bu sayaq güzəştlər də öz növbəsində qiymətlərin aşağı olmasına təsir göstərir. Azərbaycanda isə təəssüf ki, belə güzəştlər yoxdur, həmin məhsullar sosial məhsul kimi tanınmır. Xarici asılılığı da üstünə gəldikdə, oradakı istənilən qiymət artımı Azərbaycanda bir neçə dəfə artmaqla öz təsirini göstərir”.
Çıxış yolunu həmsöhbətimiz ciddi gömrük güzəştlərində görür:
“Uşaq bezlərinə 15 faizlik gömrük rüsumu və 18 faizlik ədv tətbiq olunur. Bu vergi və rüsumlar ləğv edilsəydi bezin qiyməti 30 faiz bahalaşmayacaqdı, əksinə, 5-7 faiz ucuzşala bilərdi”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 18.01.2023
Uşaq bezlərində KƏSKİN BAHALAŞMA – Ekspert səbəbi AÇIQLADI
Hazırda oxunan: Uşaq bezlərində KƏSKİN BAHALAŞMA – Ekspert səbəbi AÇIQLADI
Hazırda oxunan: Uşaq bezlərində KƏSKİN BAHALAŞMA – Ekspert səbəbi AÇIQLADI
115426
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.