Çinin əhalisi 1961-ci ildən bəri ilk dəfə olaraq azalıb.
Bizim.Media xəbər verir ki, məlumatı ölkənin Milli Statistika Bürosu yayıb.
Belə ki, Çin əhalisinin sayı 2021-ci ildə 1 milyard 412 milyon 600 min olduğu halda, 2022-ci ildə 1 milyard 411 milyon 800 min olaraq qeydə alınıb.
Qeyd olunub ki, kommunist administrasiyasının kənd təsərrüfatını kollektivləşdirməyə cəhd etdiyi 1960-cı illərin əvvəllərində uzun illər davam edən quraqlıq və aclıqdan sonra ölkə əhalisi ilk dəfə olaraq azalıb. Həmin dövrdə 30 milyon insanın ölümü 1960 və 1961-ci illərdə ölkə əhalisinin azalmasına səbəb olmuşdu.
Doğum nisbəti Çində 2022-ci ildə mində 6,77-yə düşüb. Bu, milli qeydlərin aparılmağa başladığı 1949-cu ildən bəri ən aşağı səviyyədir. 2022-ci ildə ölkədə 9,56 milyon körpə doğulduğu halda, doğulanların sayı əvvəlki ilə nisbətən 9,8 faiz azalıb.
Ölüm nisbəti mində 7,37 olduğu halda, əhalinin artım tempi mənfi 0,6 faizə düşüb.
Qeyd edək ki, 2016-cı ildən bəri əhalinin artım tempinin azaldığı Çində hökumət 1980-ci illərdən bəri həyata keçirilən “bir uşaq” siyasətindən imtina edərək, ilk olaraq 2016-cı ildə uşaq doğurma limitini 2-yə qaldırdı, daha sonra isə 2021-ci ildə ailələrin 3 uşaq sahibi olmasına icazə verən qanun dəyişikliyini qəbul etdi.
Çin əhalisi azalmağa meylli olduğundan, Hindistanın "dünyanın ən çox əhaliyə sahib ölkəsi" olaraq Çini keçəcəyi proqnozlaşdırılır.
Belə ki, Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti tərəfindən dərc edilən "Dünya Əhali Prospektləri 2022" hesabatında Çin əhalisinin 2023-cü ilin əvvəlindən etibarən "mütləq azalma prosesinə" girəcəyini, Hindistanın isə dünyanın ən sıx əhalisi olan ölkəsi kimi Çini geridə qoyacağını proqnozlaşdırıb.
Hesabatda Çin əhalisinin 2050-ci ildə 1 milyard 317 milyona, əsrin sonunda isə 766 milyona qədər enəcəyi təxmin edilib.
Əhalinin artım tempinin enməsinin gələcəkdə əhalinin qocalması ilə birlikdə Çinin işçi qüvvəsi potensialının azalmasına gətirib çıxaracağı və bunun iqtisadiyyata təsirlərinin hiss olunacağı proqnozlaşdırılır.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Dünya
19:30 / 18.01.2023
Çin əhalisinin sayı milyarddan aşağı düşə bilər – Sərt PROQNOZ
Hazırda oxunan: Çin əhalisinin sayı milyarddan aşağı düşə bilər – Sərt PROQNOZ
Hazırda oxunan: Çin əhalisinin sayı milyarddan aşağı düşə bilər – Sərt PROQNOZ
115423
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.