Amerikalı ekspert: “Vardanyan Rusiyadan asılıdır və əsas məqsədi sərvətini qorumaqdır”

Hazırda oxunan: Amerikalı ekspert: “Vardanyan Rusiyadan asılıdır və əsas məqsədi sərvətini qorumaqdır”

115362

“Vardanyan texniki cəhətdən Rusiya vətəndaşlığından imtina edib, ona görə də onun Kremlə sadiqliyi olsa da hüquqi və siyasi fəaliyyət baxımından ona erməni kimi yanaşılmalıdır”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı amerikalı ekspert İrina Tsukerman deyib.

Ekspert bildirib ki, Vardanyanın qanunsuz əməlləri, bu zamana qədər ki çirkli pullarını qorumaq üçün qondarma quruma rəhbərlik etməklə özünü sığortalamağa çalışır.

“Lakin “Artsax” beynəlxalq səviyyədə tanınan qurum olmadığı üçün onun oradakı rəsmi mövqeyinin əhəmiyyəti yoxdur; ona Ermənistan vətəndaşı kimi yanaşmaq lazım gələcək.

Vardanyan hesab edir ki, milyardları və çoxsaylı şirkətləri onu hüquqi yoxlamadan və sanksiyalardan qorumaq üçün kifayətdir; o, bu saxta mövqedən özünü cəzasız hiss edir, çünki o, hesab edir ki, bir çox dövlətlər Rusiyada yerləşən qurumlara sanksiya tətbiq etmək istsə də, “Artsax” mövzusunda mübahisə edirlər və bu siyasi mövqedə kiminsə arxasınca getsələr, öz erməni diasporlarını təhqir edəcəklərini düşünürlər”. 

Tsukerman hesab edir ki, 30 ildən çoxdur Ermənistanda təmsil olunan müxtəlif kürsü sahibləri tərəfindən aldadılan erməni xalqı indi də Vardanyan tərəfindən uçuruma aparılır: 

“Birincisi, Vardanyanla ermənilərə deyil, Rusiya dövlətinə fayda verən biri kimi baxmaq lazımdır. İkincisi, “Artsax” məsələsi özü ermənilərə ziyan vurur və anlamaq lazımdır ki, bu qondarma qurum heç vaxt beynəlxalq legitimliyə nail olmayacaq. Vardanyan Rusiyadan asılıdır, ona görə də Moskvadan maliyyələşən, beynəlxalq maraqlara zidd olan süni münaqişə yaratmaqla məşğuldur”, - deyə İrina Tsukerman əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin