İranın keçmiş Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin 53 yaşlı oğlu Mehdi Haşimi Rəfsəncani 7 illik həbsdən sonra azadlığa buraxılıb.
Bizim.Media “Tasnim”ə istinadən xəbər verir ki, onun cəzasının çəkilməmiş hissəsi şərti cəza ilə əvəzlənib.
Qeyd edək ki, Mehdi Haşimi Rəfsəncani 2015-ci ildə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O və bacısı Faizə Haşimi Rəfsəncani ölkədə iğtişaş yaratmaqda, 2009-cu ilin iyununda prezident seçkilərinin nəticələrinə qarşı irimiqyaslı aksiyalar təşkil etməkdə, Böyük Britaniyanın xeyirinə casusluq etməkdə ittiham olunublar.
Bizim.Media