Azərbaycanda kimə aşağı faizlə kredit verilə bilər? - VİDEO

Hazırda oxunan: Azərbaycanda kimə aşağı faizlə kredit verilə bilər? - VİDEO

115337

Əlilliyi olan və ya ailəsində 1-ci və 2-ci qrup əlil olan, müəyyən sosial təminata və ya yardıma ehtiyac duyan şəxslərin kredit öhdəlikləri fərqləndirilməlidir. Onlara daha aşağı faizlə kredit verilməlidir.

Bizim.Media xəbər verir ki, millət vəkili Azay Quliyev bu təkliflə çıxış edib.

O, açıqlamasında bu kateqoriyadan olan şəxslərin götürdükləri kreditlərin faizlərinin ödənməsi ilə bağlı fərqli və daha yumşaq rejim tətbiq olunmasının vacibliyini vurğulayıb.

Azay Quliyev deyib ki, bəzən banklara olan borcun ödənməsində də əlilliyi olan şəxslərə güzəşt edilmir. Hətta bir vətəndaşdan borcunun 3 dəfə artığı qədər məbləğ tələb olunub.

Deputat hesab edir ki, bu məsələ dövlət səviyyəsində həll edilməlidir və bununla bağlı xüsusi layihə hazırlanmalıdır.

Ətraflı Xəzər televiziyasının hazırladığı süjetdə:

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin