Arestoviç istefasının səbəbini AÇIQLADI

Hazırda oxunan: Arestoviç istefasının səbəbini AÇIQLADI

115319

Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviç işdən çıxarıldığına görə peşman olmadığını bildirib. Onun sözlərinə görə, insanların informasiya və psixoloji dəstəyi üçün daha çox vaxtı olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə o, “Feygin Live” kanalının efirində danışıb.

"Mən indi tamamilə azad insanam" deyə Arestoviç qeyd edib.

Sabiq müşavir rüşvət aldıqdan, hətta ən ağır cinayətlərdən sonra da vəzifəsini tərk etməyən “müəyyən təbəqəyə” nümunə göstərmək istəyib:

"Mən qərara gəldim ki, kreslodan yapışmayacağam və istefanın necə mədəni olduğunu göstərəcəyəm".

O, həmçinin qeyd edib ki, onun Prezident Aparatı ilə heç bir münaqişəsi yoxdur. 

Arestoviç dövlət başçısı Volodimir Zelenskinin fəaliyyətinə kömək edən qurumu, eləcə də ölkənin hərbi-siyasi rəhbərliyini dəstəklədiyini bildirib.

“Müharibə vaxtı tam dəstək olacaq. Müharibədən sonra baxacağıq”, - deyə keçmiş müşavir vurğulayıb.

Arestoviç bundan sonra daha çox verilişlərdə görünəcəyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin