Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 3 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bizim.Media APA-ya istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
1 minik, 2 yük maşını Laçından Xankəndi istiqamətinə keçid edib. Həmin avtomobillərin içərisində isə 26 erməni (onlardan 20-si uşaq idi) olub.
Həmin şəxslər aksiyadan əvvəl Ermənistana idman yarışına gedibmiş. İndi isə Rusiya sülhməramlıları onları öz maşınları ilə aksiya ərazisindən keçərək Xankəndi istiqamətinə aparıblar.
Bizim.Media