Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan etibarən müsahibə, çıxışlar və görüşlər üçün hər dəfə eyni - yaşıl rəngli köynəklərdə görünməsinin səbəbini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Ukrayna lideri bu barədə Almaniyanın “ZDFheute Nachrichte” (“ZDF Bu günün xəbərləri”) “YouTube” layihəsi üçün olan müsahibəsi zamanı məlumat verib.
Belə ki, jurnalistin Zelenskiyə daim eyni geyimdə görünməsi ilə bağlı sualına cavabında Ukrayna başçısı bildirib ki, bu köynəklərdən onda 20 ədəd var.
“Genişmiqyaslı müharibənin əvvəlində mənim həqiqətən də onun yalnız iki “hərbi” köynəyim və isti yun gödəkçəm olub. Sonra onu Londonda hərracda satdım", - deyə Zelenski bildirib.
Ukrayna başçısı qeyd edib ki, yerli dizaynerlər ona eyni rəngli köynəklər tikmək üçün təkliflər göndəriblər:
"Bizim ukraynalı modelyerlərimiz köynəklərini mənim üzərimdə görmək üçün təklif etdilər və mən razılaşdım. O vaxtdan etibarən də bütün mühüm görüşlər, müsahibələr zamanı üzərimdə eyni köynəkləri görürsünüz. Bir sözlə, mənim paltar qıtlığım yoxdur".
Müsahibədən həmin hissəni təqdim edirik:
Bizim.Media