ABŞ Azərbaycan və Ermənistana dialoqa qayıtmaqla bağlı ÇAĞIRIŞ ETDİ  

Hazırda oxunan: ABŞ Azərbaycan və Ermənistana dialoqa qayıtmaqla bağlı ÇAĞIRIŞ ETDİ  

115264

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan və Ermənistana mübahisəli məsələlərin həlli üçün konstruktiv danışıqları bərpa etməklə bağlı çağırış edib. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter Daimi Şuranın xüsusi iclasında çıxışı zamanı bildirib. 

Karpenter qeyd edib ki, hərtərəfli sülh sazişi münasibətlərin normallaşması və davamlı sülhə aparan yeganə yoldur. 

"Biz həmçinin Azərbaycanla Ermənistanı iddia edilən vəhşilikləri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq. ABŞ Avropa İttifaqı və ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycan və Ermənistanla ikitərəfli və çoxtərəfli səviyyədə işləməyə davam edəcək", - deyə Karpenter qeyd edib. 
Amerikalı diplomat çıxışında Laçın-Xankəndi yolu ətrafındakı son vəziyyətə də toxunub və yaranmış vəziyyətdən narahatlığını ifadə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin