“Koronavirus mutasiya edir və bunlar çoxsaylıdır”.
Bizim.Media-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
“5 yaşa qədər uşaqların maska taxması tələb olunmur” - Baş infeksionist
O bildirib ki, mutasiyalar baş verərkən virusun xüsusiyyətlərinin dəyişməsi mümkündür:
“Hələ ki, mutasiyalarda virusun yayılma sürətinin artması müşahidə olunub. Onların uşaqlar arasında daha təhlükəli olması məsələsi müəyyən olunmayıb. Uşaqlar arasında vaksinasiya aparılmır, çünki onlar risk qrupu deyil. Amma əvvəlki qaydalara əməl olunmalıdır”.
Bizim.Media