“Bütün dünya bilsin ki, daim Azərbaycanın yanındayıq” - Hulusi Akar

Hazırda oxunan: “Bütün dünya bilsin ki, daim Azərbaycanın yanındayıq” - Hulusi Akar

11524

“Biz “bir millət, iki dövlət” məsələsində son dərəcə qətiyyətliyik”.

Bizim.Media-nın məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Hulusi Akar Zakir Həsənovu Türkiyəyə çağırdı – Səbəb nədir?


“Bundan sonra da daima haqlı mübarizəsində azərbaycanlı qardaşlarımızın yanında olacağımızı bütün dünya bilməlidir”, - deyə türkiyəli nazir vurğulayıb.

Nazir çıxışında bildirib ki, bunun təkcə sözdə olmadığını Qarabağdakı 44 günlük müharibə göstərdi:

“Minsk qrupu 30 ildə heç bir iş görmədi. Düşmən yeni hücumlara başladı, Azərbaycan yetər artıq deyib, öz torpaqlarını işğaldan azad etdi və bu mübarizəni zəfərlə taclandırdı. Azərbaycanlı qardaşlarımız güvən və rifah içində həyatlarını davam etdirəcəklər. Biz bir millət, iki dövlət, bir yumruq, bir ürək olmaqda qərarlıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin