Depressiyaya düşən Şimali Koreya lideri içkiyə qurşandı

Hazırda oxunan: Depressiyaya düşən Şimali Koreya lideri içkiyə qurşandı

115238

Şimali Koreya lideri Kim Çen In orta yaş böhranı səbəbindən həddindən artıq spirtli içki içir.

Bizim.Media xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Nəşrin mənbələri iddia edirlər ki, dövlət başçısı hər gün spirtli içki qəbul edir və mütəmadi olaraq ağlayır.

Şimali Koreyalı alim Çxve Cinvuk bildirib ki, bu yaxınlarda 40 yaşı tamam olacaq Kim Çen In səhhətindən narahatdır: "O, çox tənhadır və daim təzyiq altındadır”.
“Mirror” vurğulayır ki, həkimlər və Şimali Koreya liderinin həyat yoldaşı ona tez-tez idmanla məşğul olmağı tövsiyə edirlər, lakin o, bu tövsiyələrə məhəl qoymur. 

Mənbə onun çəkisinin də xeyli artdığını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin