"Noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində ağır yaralanaraq 5 gün meşədə tək qaldım".
Bizim.Media-nın məlumatına görə, bunu Ali Hərbi Məktəbdə keçirilən görüşdə jurnalistlərə açıqlamasında erməni əsirliyindən qayıdan qazi Mobil Əhmədzadə deyib.
O bildirib ki, 5 gün meşədə qaldıqdan sonra əsir düşüb:
"Özümdə olmadığım üçün düşmən tərəfindən əsir götürüldüm. Ümumilikdə 35 gün əsirlikdə oldum. Məni 4 gün reanimasiyada, qalan günləri isə həbsxanada saxladılar. Orada bir ayağımı amputasiya ediblər".
"Xəstəxanada olduğum müddətdə isə ermənilər tərəfindən işgəncə görmüşəm. Dekabr ayının 14-də cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət nəticəsində əsirlikdən azad edilərək Azərbaycana gətirilmişəm".
Qazi döyüşdə iştirak edən kursant yoldaşlarından da danışıb:
"Kursant yoldaşlarımdan beş nəfəri şəhidlik zirvəsinə ucalıb. Mən də onlarla eyni döyüşlərdə iştirak etmişəm, ağır yaralanmışam, onlar isə yüksək səviyyədə döyüşərək şəhid olublar. Heç nəyə görə peşman deyiləm, özümlə və döyüş yoldaşlarımla fəxr edirəm".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:05 / 11.02.2021
«Ermənilər ayağımı amputasiya etdilər» - Əsirlikdən dönən qazi
Hazırda oxunan: «Ermənilər ayağımı amputasiya etdilər» - Əsirlikdən dönən qazi
Hazırda oxunan: «Ermənilər ayağımı amputasiya etdilər» - Əsirlikdən dönən qazi
11521
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.