Plastik əməliyyat keçirən Nigar: "Yanaqlarımın həcmini kiçiltdim" - ÖZƏL

Hazırda oxunan: Plastik əməliyyat keçirən Nigar: "Yanaqlarımın həcmini kiçiltdim" - ÖZƏL

115096

Əməkdar artist Nigar Şabanova növbəti dəfə plastik əməliyyat keçirib.  

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.  

Nigar klinikaların birində palatada güzgü önündə xəstə geyimində çəkdiyi selfisini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək üzündən əməliyyat olunacağını yazıb.  

"Tezliklə stressdən, yorğun düşmüş üzümdən kompleks daşıdığım yanaqlardan əsər də qalmayacaq", - deyə Nigar bildirib.  

Bizim.Media
-nın əməkdaşı Nigar Şabanova ilə əlaqə saxlayıb. Sənətçi artıq əməliyyat olunduğunu və cərrahi müdaxilənin uğurla keçdiyini, lakin ağrılarının olduğunu açıqlayıb:

"Sonuncu efirdə yanaqlarıma baxıb, dəhşət kompleks keçirdim. Anidən qərar verdim ki, yanaqlarımın həcmini kiçildim. Çox ağır əməliyyatdır. Ümüd edirəm istədiyim nəticəni əldə edəcəyəm".
Qeyd edək ki, ötən ilin sonları Nigar Şabanova bədənşəkilləndirmə əməliyyatı keçirərək, qarın piylərindən azad olunub.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin