"Hazırda iki futbolçu ilə danışıqlar aparırıq. Biz faktiki olaraq, onlarla razılığa gəlmişik. Həmin oyunçular ən geci yayda komandamızın düşərgəsinə qoşulacaqlar".
Bizim.Media xəbər verir ki, bu sözləri "Ferensvaroş"un idman direktoru Tamaş Haynal ulloi129.hu saytına bildirib.
Budapeşt klubunun rəsmisi bildirib ki, həmin oyunçuları qış transferi pəncərəsində, yanvar ayında heyətlərində görmək istəyirlər:
"Hazırda onların klubları ilə danışıqlar davam edir. Əminik ki, razılığa gələ bilərik. Amma əlbəttə, bizə sərfəli olan maddi imkanlar xaricində bu transferi gerçəkləşdirmək istəyirik".
Tamaş Haynal həmin oyunçuların adını çəkməsə də, Macarıstan mediası güman edir ki, söhbət "Qarabağ"ın futbolçusu Ovusu Kvabena və "Slovan"ın (Slovakiya) surinamlı hücumçusu Menti Abenodan gedir. Onların hər ikisinin klubları ilə müqaviləsi bu yay başa çatır.
Macarıstanın "A Nemzeti Sport" nəşrinin yazdığına görə, Ovusu "Ferensvaroş"la 2 illik müqaviləni artıq razılaşdırıb. Sənəd bu ilin yayında qüvvəyə minəcək. Lakin əgər klublar razılığa gələrsə, bu transfer qışda da baş tuta bilər.
Daha əvvəl "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib ki, Ovusu müqavilə ilə "Qarabağ"a məxsus olan futbolçudur:
"O, hazırda komandanın düşərgəsindədir. Məşqləri davam etdirir və mövsümün qalan hissəsinə hazırlaşır".
Bizim.Media