Aktyor, rejissor Hikmət Rəhimovun “Çılpaq” tammetrajlı bədii filminin təqdimatı olub.
Bizim.Media xəbər verir ki, gecədə film heyətilə yanaşı bir çox incəsənət nümayəndələri, qonaqlar iştirak ediblər.
Film vəfat etmiş qonşusunu dəfn etmək üçün qəbiristanlıqda pulsuz yer axtaran baş qəhrəmanın bu əsnada başına gələnlərdən bəhs edir.
Aktyor Azər Aydəmir çıxışı zamanı filmin "Best İstanbul” film və sənət festivalında qalib olduğunu bildirib. O qeyd edib ki, İctimai Televiziyanın dəstəyi ilə ərsəyə gələn film festivalda “Ən yaxşı rejissor” və “Ən yaxşı tammetrajlı film” nominasiyalarında mükafata layiq görülüb.
Filmin ssenari müəllifi və rejissoru Hikmət Rəhimov ssenarinin şəxsən şahidlik etdiyi hadisəyə əsaslandığını deyib. O, dram janrında olan ekran əsərinin çəkilişlərinin Bakı və ətraf qəsəbələrdə gerçəkləşdiyini söyləyib.
Qeyd edək ki, filmin xronometrajı 65 dəqiqədir.
Daha ətraflı hazırladığımız videomaterialda:
Aləmdə Nəsib, Əfqan Pənahoğlu, Bizim.Media