Azərbaycanda elektrik enerjisinin istehsalı 5 % artıb – RƏSMİ 

Hazırda oxunan: Azərbaycanda elektrik enerjisinin istehsalı 5 % artıb – RƏSMİ 

115009

2022-ci ilin yanvar-dekabr ayları üzrə operativ məlumatlara əsasən, ötən il ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2021-ci illə müqayisədə 1 113,2 mln.kVt•st, yəni 4% artaraq 28 988,5 mln. kVt•st olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin məlumatında bildiirlir. 

Hesabat dövründə 2021-ci ilə nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 785,1 mln. kVt•st artaraq 27 043,3 mln. kVt•st, SES-lərdə 318,5 mln. kVt•st artaraq 1 595,7 mln. kVt•st təşkil edib.

Digər mənbələr (KES, GES və BMTZ) üzrə isə elektrik enerjisinin istehsalı 349,5 mln. kVt•st olub. 12 ay ərzində külək elektrik stansiyalarında 83,3 mln. kVt•st, günəş elektrik stansiyalarında 60,9 mln. kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 205,3 mln. kVt•st elektrik enerjisi istehsal edilib.

2022-ci il ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 26 186,9  mln. kVt•st (İES-lərdə 24 708,2 mln. kVt•st, SES-lərdə 1 478,7 mln.kVt•st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 474,8 mln. kVt•st (İES-lərdə 315,84 mln. kVt•st, SES-lərdə 102,52 mln. kVt•st, GES-də 56,41 mln. kVt•st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 62,6 mln. kVt•st,  müstəqil elektrik stansiyaları üzrə isə  2 264,2 mln. kVt•st təşkil edib.

İl ərzində elektrik enerjisinin idxalı 137,1 mln. kVt•st, ixrac isə 3 003,8 mln. kVt•st olub. 2022-ci ilin dekabr ayında isə elektrik enerjisinin istehsalı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 75 mln. kVt•st və ya 5% artaraq 2 724,1 mln. kVt•st olub.
Ay ərzində elektrik enerjisinin idxalı 10,7 mln. kVt•st olmaqla 2021-ci ilin dekabr ayı ilə müqayisədə 0,1 mln. kVt•st, ixrac isə 463 mln. kVt•st olmaqla 2021-ci ilin müvafiq dövrünə nisbətən 177,2 mln. kVt•st artıb.






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin