Coğrafi atlasda KOBUD XƏTA – Azərbaycan Rusiyanın tərkibində göstərildi – FOTOFAKT

Hazırda oxunan: Coğrafi atlasda KOBUD XƏTA – Azərbaycan Rusiyanın tərkibində göstərildi – FOTOFAKT

115004

Orta ümumtəhsil məktəbləri üçün çap edilən yeni coğrafi atlasın üz qabığında Azərbaycan ərazisi Rusiya imperiyasının tərkib hissəsi kimi göstərilib. 

Belə ki, atlasın görüntüləri sosial şəbəkələrdə yayılıb və izləyicilərin tənqidinə tuş gəlib.

Maraqlı məqamsa ondan ibarətdir ki, sözügedən atlasın kim tərəfindən hazırlandığı və hansı nəşriyyat tərəfindən çap edildiyi məlum deyil. Lakin atlasda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin adı açıq şəkildə qeyd olunub. Bununla yanaşı, nəşrin Bakı Dövlət Unversitetinin “İqtisadi coğrafiya” kafedrası tərəfindən bəyənilib, çapa tövsiyə olunduğu da öz əksini tapıb.
Sözügedən mövzuya aydınlıq gətirmək üçün Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. 

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov atlasın Nazirlik tərəfindən çap olunmadığını qeyd edib.

Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Namazova da nəşrin Universitetə məxsus olmadığını qeyd edib. Universitet rəsmisi bildirib ki, kafedra rəyi nəşrin içərisinə verir, üz qabığının hazırlanmasının onlarla hər hansı əlaqəsi yoxdur.

Mövzunu diqqətdə saxlayacağıq.




Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin