Ermənistanın baş naziri Nikol Paşinyan Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a hökumətdəki mənbə bildirib.
"Belə bir səfər nəzərdə tutulmayıb", - hökumətdən bildiriblər.
Paşinyan forumda yalnız 2019-cu ildə iştirak edib. 2022-ci ildə Ermənistanı prezident təmsil edib.
Koronavirus pandemiyası ilə əlaqədar iki illik fasilədən sonra Dünya İqtisadi Forumunun sessiyası bazar ertəsi İsveçrənin Davos xizək kurortunda açılır.
Tədbirdə 50-dən çox dövlət və hökumət başçısı, 19 mərkəzi bank rəhbəri, 30 ticarət naziri və 35 xarici işlər naziri, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatının rəhbərləri iştirak edəcək.
BMT-nin baş katibi, Avropa Komissiyasının rəhbəri, İspaniyanın baş naziri, Polşa və Litva prezidentləri, Almaniya kansleri, Cənubi Koreya, İraq və Azərbaycan prezidentləri, Niderland, Yunanıstan, Gürcüstan, Serbiya və Albaniya baş nazirləri də tədbirə qatılacaq.
Bizim.Media
- A-
- A
- A+
Region
11:19 / 16.01.2023
Paşinyanı yenə Davos Forumuna çağırmadılar
Hazırda oxunan: Paşinyanı yenə Davos Forumuna çağırmadılar
Hazırda oxunan: Paşinyanı yenə Davos Forumuna çağırmadılar
114971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.