Türkiyə Ukrayna müharibəsindəki yaralılar üçün dəhliz açmaq istəyir

Hazırda oxunan: Türkiyə Ukrayna müharibəsindəki yaralılar üçün dəhliz açmaq istəyir

114938

Türkiyə Rusiya-Ukrayna müharibəsində yaralananlara kömək etmək və mülki şəxslərin geri qaytarılması üçün öz ərazisindən humanitar dəhliz yaratmaq istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets çıxışında bildirib.

Lubinets qeyd edib ki, bu, tərəflər arasında müzakirə olunur.

Yanvarın 11-12-də Ankarada keçirilən Ombudsmanların “21-ci əsrdə insan hüquqlarının gələcəyi” beynəlxalq konfransı çərçivəsində Rusiya Ombudsmanı Tatyana Moskalkova D.Lubinets və türkiyəli həmkarı Şeref Malkoçla bir sıra görüşlər keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin