Rusiya ordusu Zaporojye istiqamətində əks hücuma hazırlaşır - Rəsmi Kiyev

Hazırda oxunan: Rusiya ordusu Zaporojye istiqamətində əks hücuma hazırlaşır - Rəsmi Kiyev

114924

Rusiya ordusu Zaporojye istiqamətində əks hücuma hazırlaşır, müdafiə istehkamları tikir və minalanmış sahələr yaradır. 

Bizim.Media xəbər verir ki, bunu Tavriçesk istiqamətində Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin rəhbəri Yevgeni Yerin Espresso telekanalının efirində deyib.

O, həmçinin qeyd edib ki, son vaxtlar bütövlükdə Zaporojye istiqamətində “işğalçıların bölmələrinin müəyyən dərəcədə gücləndirilməsi” müşahidə olunur.
Onun fikrincə, ruslar əks-hücuma keçmək üçün Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf etmək niyyətindədir.

Erinin sözlərinə görə, Zaporojye istiqamətində ümumi vəziyyət çətin olaraq qalır:

“Ruslar aktiv addımlar atmırlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin