Şəkidə 520 fermer ötən il 150 ton bal istehsal edib - FOTO

Hazırda oxunan: Şəkidə 520 fermer ötən il 150 ton bal istehsal edib - FOTO

114891

Hazırda Şəki rayonunun arıçılıq təsərrüfatlarında 20 minə yaxın arı ailəsi (pətək) var.

Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon Arıçılar Birliyindən məlumat verilib.

Qeyd olunur ki, insanların bu sahəyə ildən-ilə artan marağının nəticəsidir ki,  arı ailələrinin sayı 2021-ci illə müqayisədə 650 ailə artıb. 

Rayon arıçlar birliyindən o da diqqətə çatdırılıb ki, dövlətin bu sahəyə ayırdığı subsidyalar da fermer təsərrüfatlarının atrmasına, xəstəlik və bir çox problemlərin qarşısının alınmasında mühüm rol oynayıb. 

Belə ki, ötən il arıçılıqla məşğul olan 520 arıçıya saxladıqları 19 min 748 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 197 min 550 manat subsidiya ödənilib. Son beş ildə isə şəkili arıçılara 722 min manata yaxın subsidiya ödənilib.

Qeyd olunub ki, rayonda arı ailələrinin damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması istiqamətində iş aparılır. Bu ilk növbədə onların dəyişən iqlim və hava şəraitində daha məhsuldar işləmələrinə müsbət təsir göstərəcək.  
Hazırda arıçıların qarşısında duran əsas vəzifələrdən biri istehsal etdikləri məhsulları bazarda vaxtında satmaq və növbəti mövsümə yaxşı hazırlaşmaqdır.  Ötən illərdə Bakıda təşkil olunan sərgi-satış yarmarkada arıçıların hamısı iştirak edə bilmədiyindən digər bazarların da onlar üçün əlçatan olması istiqamətində iş aparıldığı, yollar arandığı diqqətə çatdırılıb. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin