Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Ordusunun Dneprə qanlı raket zərbəsi endirməsinə reaksiya verib.
Bizim.Media xəbər verir ki, baş verən hadisə ilə bağlı Zelenski şəxsi “Telegram” kanalında paylaşım edib.
O bildirib ki, bu işdə əli olan hər bir şəxs maksimum məsuliyyət daşıyacaq:
"Rusiya terroru ilə həyatını itirənlərin hamısı əbədi olaraq xatirəmizdə qalacaqlar! Dünya bu pisliyi dayandırmalıdır. Dneprdəki dağıntılar təmizlənir. Ərazidə bütün lazımi xidmətlər götərilir. Biz hər bir insan, hər bir həyat üçün mübarizə aparırıq.
Bu terrorda əli olan hər kəsi tapacağıq. Hər kəs məsuliyyət daşıyacaq”.
Ukrayna lideri, həmçinin Dneprin hündürmərtəbəli yaşayış binasına raket düşməsi ilə bağlı video yayımlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:00 / 14.01.2023
Zelenskidən Dneprdə törədilən faciəyə REAKSİYA: “Bu işdə əli olan cəzalandırılacaq” – VİDEO
Hazırda oxunan: Zelenskidən Dneprdə törədilən faciəyə REAKSİYA: “Bu işdə əli olan cəzalandırılacaq” – VİDEO
Hazırda oxunan: Zelenskidən Dneprdə törədilən faciəyə REAKSİYA: “Bu işdə əli olan cəzalandırılacaq” – VİDEO
114801
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.