Naxçıvan DSMF-nin ötənilki büdcəsində 34 milyon 152 min manat ARTIQ QALDI 

Hazırda oxunan: Naxçıvan DSMF-nin ötənilki büdcəsində 34 milyon 152 min manat ARTIQ QALDI 

114764

2022-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yığım hesabına 132 milyon 776 min 400 manat vəsait daxil olub, proqnoz göstərici 115,2 faiz icra edilib.

Fondun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ötən il Fondun büdcə xərcləri 203 milyon 34 min 126 manat təşkil edib.

Bildirilib ki, fondun 2022-ci il üzrə xərclərinin 198 milyon 690 min manatı və ya 97,9 faizi pensiya və müavinətin ödənilməsinə xərclənib.

Ölkə başçısının pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığı sərəncamlara uyğun olaraq 2022-ci ildə bir il əvvəllə müqayisədə pensiya və müavinət alan şəxslərə 10 milyon 477 min manat və ya 5,5 faiz əlavə vəsait verilib.
Əmək pensiyaları və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 66,8 faizi muxtar respublikada məcburi dövlət sosial sığorta haqqı şəklində yığılıb.

Məlumata görə, Naxçıvan DSMF-nin 2022-ci ilin büdcəsində 34 milyon 152 min manat vəsait qalıq qalıb. Bu vəsait 2023-cü ilin büdcəsinə daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin