2022-ci ildə Almaniyaya gələrək, bu ölkədən sığınacaq alan Azərbaycan Respublikası vətəndaşlarının sayı məlum olub.
Bizim.Media xəbər verir ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) sözcüzü Saskia Geltenpot report.az-a açıqlamasında bildirib ki, ötən il Azərbaycan vətəndaşları tərəfindən daxil olan ilkin müraciət ərizələrindən cəmi 67-sinə müsbət cavab verilib.
Həmin şəxslər rəsmi Berlinin tərəfdaşı olduğu Cenevrə Qaçqınlar Konvensiyasına uğyun olaraq Almaniyada yaşamaq hüququ əldə ediblər.
BAMF rəsmisi xatırladıb ki, 2022-ci ildə müxtəlif xarici ölkə vətəndaşları tərəfindən federal idarəyə ümumilikdə 217 774 ərizəsi daxil olub. Müraciət edənlər bu ölkədən sığınacaq istəyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:47 / 14.01.2023
Ötən il neçə azərbaycanlı Almaniyada sığınacaq alıb?
Hazırda oxunan: Ötən il neçə azərbaycanlı Almaniyada sığınacaq alıb?
Hazırda oxunan: Ötən il neçə azərbaycanlı Almaniyada sığınacaq alıb?
114760
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.