Böyük Qayıdışın TƏNTƏNƏSİ - Heydər Əliyevin tarixi addımından 41 il ÖTÜR

Hazırda oxunan: Böyük Qayıdışın TƏNTƏNƏSİ - Heydər Əliyevin tarixi addımından 41 il ÖTÜR

114743

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşada Molla Pənah Vaqifin qəbri üzərində ucaldılmış məqbərənin və Şuşa Poeziya Evinin açılışından 41 il ötür. 

Bizim.Media xəbər verir ki, Xəzər TV-nin baş direktoru, Xalq artisti Murad Dadaşov tarixi hadisə ilə bağlı fikirlərini qeyd edib. Onun sözlərinə 1982-ci il yanvarın 14-də açılışı olan əzəmətli məqbərə və Şuşa Poeziya Evi həmin dövr üçün strateji baxımdan olduqca əhəmiyyətli qərar idi:

“Çünki ermənilər Şuşaya iddialarını gizlətmirdilər. İşğaldan sonra bütün mədəniyyət abidələri kimi məqbərənin də dağıdılması onun tarixi baxımdan düşmənlər üçün inkarolunmaz gerçək olduğunun sübutu idi.

Nəhayət, illər sonra, Şuşa işğaldan azad edildi və ölkə başçısı İlham Əliyevin göstərişi ilə Molla Pənah Vaqifin məqbərəsi yenidən bərpa olunaraq mədəniyyət tədbirlərinin məkanına çevrildi”, - deyə teledirektor qeyd edib.  
Xatırladaq ki, 1992-ci ildə erməni caniləri Şuşada 600-ə qədər milli-mədəni, dini və tarixi-memarlıq abidələrimizi talayaraq məhv etmiş, o cümlədən Molla Pənah Vaqifin məqbərəsini dağıtmışlar.

Ötən il avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin